Buraxılış imtahanları başa çatıb. Bir sıra abituriyent imtahanların çətin olduğu bildirir. Xüsusilə Azərbaycan dilindən sualların çətin olduğu qeyd olunur.
Mövzu ilə bağlı Gunxeber.Az-a danışan “İlin gənc müəllimi”, İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəzri Muradov bildirib ki, abituriyentlər hər gün var gücləri ilə çalışıb bu imtahana hazırlaşıblar:
“Bəziləri bildirirlər ki, imtahan sualları asan olub, amma bu gecə-gündüz yatmayıb hazırlaşan şagirdlərin haqqına girməkdir. Əslində,imtahanda asan, orta və çətin suallar var idi. Şagirdlərin sualları asanlıqla həll etməsi bu sualların asan olmasından irəli gəlmir, şagirdlərimizin daha mükəmməl hazırlığının göstəricisidir.Əvvəlki illərə nisbətən indi daha ətraflı düşünən,oxuduğunu anlayan şagirdlərimiz çoxalıb.İndi onlar hər şeyə daha fərqli aspektdə yanaşırlar,fikir yürüdə bilirlər”.
X.Muradovun sözlərinə görə, çalışan hər bir şagird tələbə adını qazanır:
“Növbəti blok imtahanlarına əzmlə hazırlaşmaq və haqq etdikləri tələbə adın qazanmaq lazımdır.Bugünkü abituriyentlər gələcəyin dövlət qurucularıdır. Şagirdlərimizə bu dönəmdə dəstək olmaq hər bir müəllim və valideynin borcudur”.
