Komissiya ilk iclasa toplaşır - Əfv gözlənilir - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-cü il üçün ilk iclası keçiriləcək.Bu barədə “Qafqazinfo”ya Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.Ə.Nuriyev qeyd edib ki, iclasda daxil olan müraciətlərə baxılacaq:“Ötən illərin təcrübəsinə əsasən, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən verilir. Çünki əfv hüququ Prezidentin müstəsna – konstitutsion səlahiyyətidir”.O, qarşıdakı müddətdə əfvlə bağlı sərəncamın gözlənildiyini, amnistiya ilə bağlı isə hər hansı məlumata malik olmadığını vurğulayıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?