Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Xia.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?