İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

“Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında ölkədə stomatoloji xidmət göstərən 17 özəl tibb müəssisəsində yoxlama keçirilib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, bu yoxlamalar nəticəsində altı müəssisədə nöqsanlar aşkar edilib:

“İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi üzrə bir, 215.1 maddəsi üzrə dörd, 215.4 maddəsi üzrə bir protokol tərtib edilərək, növbəti icraata göndərilib”.

“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012-596-05-20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”, – deyə məlumatda qeyd edilib.

Səhiyyə Nazirliyi

Analitik Ekspertiza Mərkəzi (AEM)

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?