“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı vəfat edib.

XiaAz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, Şimal Regional Futbol Federasiyasının prezidenti, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib.