
Bərdədə DƏHŞƏT. qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.
Xia.Az xəbər verir ki, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova “TikTok” sosial platformasında yaranmış mübahisə zəminində 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xia.Az-a verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, xəsarət alan şəxs Vətən müharibəsi iştirakçısıdır.