Xia.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib. Bıçaq xəsarəti alan digər şəxs 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Mustafalı Həsən, 2007-ci il təvəllüdlü Rəhim Quliyev və 2005-ci il təvəllüd Mustafazadə Məhəmməd Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.