
Ağdam rayonunda 4 yaşlı uşaq it dişləməsi səbəbilə xəstəxanaya yerləşdirilib.
Xia.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.
2021-ci il təvəllüdlü S.H. küçədə oynadığı zaman qəfil it hücumuna məruz qalıb.
Üz nahiyəsindən yara alan azyaşlı Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb.