Ucarda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb.

Xia.Az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində baş verib.

Belə ki, prospektdə hərəkətdə olan VAZ-2106, VAZ-2107 və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri, 46 yaşlı Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı, 53 yaşlı Aybəniz Eldar qızı Məmmədova, 27 yaşlı Hüseyn Bəxtiyar oğlu Xəlilov və Göyçay rayon sakini, 61 yaşlı İntizam Kərim oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Avtomobil qəzası

Ucar rayonu

Ucar Rayon Mərkəzi Xəstəxanası