İctimai-siyasi fəal Elçin Tağıyev Milli Məclisin sədri xanım Sahibə Qafarovaya müraciət ünvanlayıb.
Xia.az müraciəti olduğu kimi təqdim edir.
Azərbaycan Respublikası Milli Majlis in sədri hörmətli Sahibə Qafarova
Goranboy Rayon Qızılhacılı qəsəbə sakini, Ulu Öndər Heydər Əliyevin ideologiyasını yaşadan, Ölkə Prezidenti cənab Ilham Əliyevin müdrik siyasətinin dəstəkçisi, İctimai-siyasi fəal
Elçin Məmməd oğlu Tağıyev tərəfindən
Müraciət.
Hörmətli Sahibə xanım!
Goranboy rayonunun ictimai-siyasi həyatında fəal xidmətləri olan, 18 il Mədəniyyət sahəsində şərəflə xidmət etmiş, heçbir korrupsiya və rüşvətxorluqda adı hallanmıyan, 2020-ci ildən Vətən müharibəsi başladığı bir dövrdən Respublikanın 18 şəhər və rayonunda Şəhid Milli Qəhrəman və Qazi ailələrini ziyarət edən eyni zamanda Şuşa Fatehi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlarının dəstəkçisi Elçin Tağıyev olaraq Sizdən məni qəbul etməyinizi xahiş edirəm.