.
Yevlax şəhərinin çox saylı küçə və prospektləri yağış suları ilə dolub daşır. Bu problem dəfələrlə təkrarlanmasına baxmayaraq hələdə öz həllini tapmayıb. Görünən odur ki, Yevlax şəhərinin kanalizasiya sistemi deyəndə ümid yalnız Allaha qalır.

Elə ki yağış başladı Yevlax əhalisinin çox hissəsi iflic vəziyyətə düşür. Bəs bu məsələ nə zaman həllini tapacaq desək oda təbii ki sual olaraq da qalır. . Vətəndaşların işlərini, məktəblilərin təhsilini müşgülə çevirən kanalizasiya sistemi böyük bir dərd olaraq hər kəsi narahat edir.

Bir çox xəstəliklərin artması, körpə uşaqların daha çox xəstəliyə yoluxması elə bu kimi vəziyyətlərdən qaynaqlanır. Əgər kiçik bir şəhərdə bir kanalizasiya sisteminə çarə tapılmırsa onda hansı xalqa xidmətdən söz gedir? Hər dəfə yağış yağanda evləri su basacaqsa, küçələr kanalizasiya sularından keçilməz olacaqsa, vətəndaşlar xəstəlik tapacaqsa bəs hansı abadlıq işlərindən söz açılır? Vətəndaşlara bu gün ən lazımlı məsələ kanalizasiya sisteminin həll olmasıdır.

Görülən işlər xalq üçündürsə, ilk növbədə bu mövzu öz həllini tapmalıdır. Bir neçə texnikanı göstərərək yaranan problemin həlli istiqamətində tədbirlər davam etdirilir deməklə xalqı aldadırlar. Bu şəhərin su basma problemi bir neçə texnika və işçi qüvvəsinin ümidinə qalıb. Hələ yaşanılan çətin vəziyyət az imiş kimi, yerli icra orqanlarının bəzi nümayəndələri zənglərə cavab vermirlər.

Həmçinin İctimai-siyasi humanitar şöbəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaqda heç bir cavab ala bilmədik. Görülən iş vətəndaşlar və onların yaşam tərzinin yaxşılaşdırılması üçün edilirsə, qarşılıqlı iş prinsipi həmçinin bu işlərin media ilə paylaşılması mühim məsələdir. Nə zaman təərif yazsan alqış dolu sözlərlə ürək oxşayanlar xoşagəlməz hallarda telefon zənglərinə cavab vermirlər.Ümid edirik ki, bu kimi hallar Yevlax şəhərində öz həllini tapacaq.