Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə HÖKM OXUNDU

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi törətmiş Pərviz Rzayevə hökm oxunub.

Xia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Planet” şadlıq evinin qarşısında “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada Faiq Oruc oğlu İbrahimovu vuran 1995-ci il təvəllüdlü ​sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. P.Rzayevin sürücülük hüququ da bu cəzanın başa çatmasından sonra 1 il 6 ay müddət üçün məhdudlaşdırılıb.

Qeyd edək ki, qəzada həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.

  • Related Posts

    Şəmkir su anbarında elektrik cihazı ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir. Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat

    Ağcabədidə dələduzluq edən şəxs həbs edilib

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb. Araşdırma zamanı onun təqaüd düzəltmək adı ilə

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Whatsappda yazın
    salam
    Scan the code
    Salam👋!
    Sizə necə kömək edə bilərik?