Kamran Əliyev: "Təyyarə qəzası ilə bağlı üç ölkə özünə aid sübutları toplayır" - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

“Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı aidiyyəti qurumlar tərəfindən cinayət işi başlanıb”.

Xia.Az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qazaxıstan və Rusiyanın aidiyyəti qurumları, hüquq-mühafizə orqanları ilə bununla bağlı birgə araşdırmalar aparılır:

“Məlumatıma görə, bu faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Bu faktla bağlı üç ölkə özünə aid sübutları toplayır. Sonradan bu sübutların birgə təhlil edilməsi, təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görüləcək.

Rusiyanın İstintaq Komitəsi, Baş Prokurorluq tərəfindən bu istiqamətdə müvafiq istintaq hərəkətləri aparılır”.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?