İşğaldan azad olunmuş Xocalı ərazisində mina partlayıb.
Xia.az Oxu.Az-a istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb, hazırda hospitala aparılır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.
