
Gəncədə piyadanı avtomobil vurub.
Xia.Az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 2010-cu il təvəllüdlü M.Bəkirovanı vurub.
Xəsarət alan 15 yaşlı piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.