Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
