Sosial şəbəkədə dələduzluq yolu ilə "pul qazanan" şəxslər SAXLANILDILAR - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Qubada polis sosial şəbəkədə dələduzluq edən şəxsləri saxlayıb.

Oxu.Az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində “Telegram” sosial şəbəkəsində kiber üsullarla vətəndaşın pul vəsaitini talayan və kriptovalyutaya çevirərək ölkə xaricinə çıxaran əvvəllər məhkum olunmuş Hafiz Hacıyev və Mədət Əliyev saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin zərərçəkmişin 9 055 manatını dələduzluq yolu ilə əldə etdikləri aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Quba RPŞ-ə məlumat vermələri xahiş olunur.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?