Yasamalda mal əti adı ilə camış və at əti satılıb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən fiziki şəxs Vüqar Vəliqulu oğlu Bayramova və Ə.Əhmədov küçəsində fəaliyyət göstərən fiziki şəxs Elnur Misir oğlu Əliyevə məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətdə laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.

Xia.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, bu məntəqələrin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

Qidaya yararsız at əti

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?