Rusiya Prezidenti Vladimir Putin II Dünya müharibəsində qazanılan qələbənin 80-ci ildönümü münasibətilə atəşkəs elan edib.

Xia.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vladimir Putinin qərarına əsasən, Rusiya mayın 8-i səhər saat 7:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəs elan edir.