Son vaxtlar ölkədə, xüsusilə paytaxtda əsas problemlərdən biri də tıxacdır. Yanvarın 28-də Prezidenti İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident müşavirədə mövcud vəziyyətlə bağlı bir sıra məsələlərə toxunub. Ölkə başçısı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı bildirib ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır: “Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”. Nəqliyyat məsələlərinə gəldikdə isə Prezident qeyd edib ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib – kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib: “İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq”. Bakıdakı tıxac probleminin həlli yollarından danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov “Xia.Az“-a bildirib ki, ölkədə yol infrastrukturu ilə bağlı həyata layihələr dövlət proqramları əsasında icra olunur: