İlham Əliyev Donald Trampa başsağlığı verib - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.

Xia.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Xatırladaq ki, yanvarın 30-u Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Sikorsky H-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub. Təyyarə Potomak çayına düşüb. Çaydan 18 nəfərin meyiti çıxarılıb. Ümumilikdə sərnişin təyyarəsinin göyərtəsində 64 nəfər olub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?