ABŞ kəşfiyyatının korona sirri: 2019-cu ilin oktyabrında...

Gündəm

15 Sentyabr 2021 | 19:57

414 dəfə oxunub

ABŞ-da yaşayan çinli dissident, hüquq müdafiəçisi VeyTzinşen koronavirusun rəsmi şəkildə etiraf olunmasından hələ bir ay öncə COVİD-19-un yayıldığı barədə ABŞ xüsusi xidmət orqanlarına xəbər verdiyini söyləyib.

Xia.az musavat.coma-a istinadən xəbər verir ki, Vey Tzinşen bununla bağlı hətta “Uhanda həqiqətən nə baş verib” (What Really Happened in Wuhan) adlı kitab da yazıb.

Dissident müəmmalı virus barədə Uhanda 2019-cu ilin oktyabr ayında keçirilən Ümumdünya hərbi oyunlar zamanı xəbər tutduğunu və bu barədə dərhal amerikalı siyasətçi, həmin vaxt prezident Donald Trampla da yaxın olduğu bilinən, hüquq müdafiəçisi Dimon Lü və onun əri, Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Robert Sütinngerə məlumat ötürdüyünü iddia edib.

“Lakin görünür onlar hansısa bir ölkənin belə bir miqyasda təhlükəni gizlədə bilməyəcəyini düşündükləri üçün mənim dediklərimə məhəl qoymadılar”,-deyə Tzinşen yazıb.

Bununla bağlı Dimon Lü açıqlama vermək məcburiyyətində qalıb. Onun sözlərinə görə, Tzinşenin verdiyi məlumat əsasında Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Mett Pettincerə ötürmək üçün yazılı məruzə hazırlayıb. “Lakin mən məktubu ona yollamadım, çünki hadisənin özü mənə adi vaqiə kimi gəldi. Həmin vaxt biz koronavirusun atipik pnevmoniyadan təhlükəli olmadığını düşünürdük”,-deyə xanım Lü günahını boynuna alıb.

ABŞ Dövlət departamentinin digər keçmiş əməkdaşı, Uhanda koronavirusun peyda olması ilə əlaqədar araşdırmalar aparan Devid Aşer də federal hökumətin 2019-cu ilin sonlarında insident haqqında daha mühüm informasiyalara malik olduğunu bildirib.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021