Anım Günü ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Gündəm

23 Sentyabr 2021 | 18:33

751 dəfə oxunub

Sentyabrın 27-də Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad ediləcək.

Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021