ARAZ SUPERMARKETLƏR ŞƏBƏKƏSİNDƏ VİTRİN QİYMƏTLƏRİ KASSA QİYMƏTLƏRİ İLƏ ÜST-ÜSTƏ DÜŞMÜR... 

HADİSƏ

14 Oktyabr 2021 | 18:46

192 dəfə oxunub

Supermarketlərdə tez-tez qiymət fərqləri ilə qarşılaşırıq. Daha dəqiq desək, vitrin qiymətləri ilə kassada çıxan qiymət tərs müntənasibdir. Araz Supermarketlər şəbəkəsinin Yasamal rayonu, Mirəli Seyidov küçəsində  yerləşən YASAMAL-1 filialında da belə halla qarşılaşdıq. Fotolardan da göründüyü kimi, vitrində "MANDARIN YERLI KG" 1.30 AZN dəyərində müştərilərə təqdim olunsa da, tərəzidən və kassadan çıxan qiymət 1.49 AZN olduğunun şahidi oluruq. İşçilərdən səbəbi soruşduqda, standart cavab alırıq - qiymətlər qalxıb, amma vitrində dəyişiklik edilməyib. Təbii, bu cavab market filialını məhsuliyyətdən sığortalamır. Belə hallar nə birincidir, nə də... Hər bir müştərinin haqqı var ki, vitrində təqdim olunan qiyməti kassadan tələb etsin. 

Miminfo.az olaraq, ARAZ SUPERMARKETLƏR ŞƏBƏKƏSİNİN BAŞ OFİSİNƏ zəng etdik. Sullarınımızı xüsusi hörmətlə dinləyən operator bizə bildirdi ki, problemi araşdırıb, bizə məlumat verəcəklər.
Ümid edirik ki, Araz supermarketlər şəbəkəsi belə mənfi halların qarşısını alacaq. 

www.miminfo.az  // Elçin Əlizadə



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021