Azərbaycan iqtisadiyyatının böyümə tempi 4%-ə yaxınlaşıb

İQTİSADİYYAT

10 Sentyabr 2021 | 12:06

284 dəfə oxunub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çox olub.

Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, artım qeyri-neft sektorunda 5,5% təşkil edib.

Xatırladaq ki, bu ilin 7 ayında ölkə iqtisadiyyatı 2,7%, o cümlədən qeyri-neft sektoru 5,3% artım nümayiş etdirib.

Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6% təşkil edəcəyini proqnozlaşdırır.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021