Azərbaycan XİN Pakistana başsağlığı verdi

SİYASƏT

13 Sentyabr 2021 | 15:27

232 dəfə oxunub

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Xia.az xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tviter hesabında paylaşılıb.

“Pakistanın Hayber-Paxtunxva əyalətində 20 nəfərin həlak olması xəbəri bizi kədərləndirdi. Musson yağışları və palçıq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunub.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021