Azərbaycanda koronavirusa yoluxanların SAYI ARTDI 

Gündəm

14 Oktyabr 2021 | 16:39

187 dəfə oxunub

Son sutkada Azərbaycanda koronavirusa 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10092, ötən müddət ərzində isə ümumilikdə 4 989 627 test aparılıb.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021