Azərbaycanlı "qanuni oğru" saxlanıldı - Cibgirlik edirmiş

HADİSƏ

25 Sentyabr 2021 | 18:30

383 dəfə oxunub

Türkiyənin İstanbul şəhərində "qanuni oğru" Arif Mehdiyev (Arif Sumqaitski) saxlanılıb.

Xia.az lent.az-a istinadən xəbər verir ki, o İstanbulun "Sabiha Gökçen" aeroportunda cibgirlik edərkən tutulub.

A.Mehdiyev polis şöbəsində dindirilib, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Arif Sumqayitski Azərbaycanın "oğru dünyası"nın "generallarındandır". O, 1961-ci ilin fevral ayının 25-də Göyçayda anadan olub. "Qanuni oğru" adını 1989-cu ildə alıb. Rusiyada cəmi 6 ay məntəqə tipli cəzaçəkmə müəssisəndə olub.

Məlumata görə, "qanuni oğru" adını Azərbaycanda alıb. Rusiyada həbs edilərkən məhkəmə prosesində özü haqda belə deyib:

"Mənim peşəm cibgirlikdir, belə də isə "qanuni oğru"yam".

Xatırladaq ki, Sumqayitski sonuncu dəfə Ukraynanın Yevpotoriya şəhərində saxlanılmışdı və sonradan Türkiyəyə deportasiya edilmişdi.

 



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021