Bakıda bu ərazidə də metro stansiyası tikiləcək

İQTİSADİYYAT

21 Sentyabr 2021 | 14:36

390 dəfə oxunub

Bakı metrosunda "Bənövşəyi" xətt üzrə inşa ediləcək 5-ci yeni stansiyanın yeri müəyyən edilib.

Bu barədə Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.

O bildirib ki, yeni stansiyanın yeri artıq məlumdur: "Yeni stansiya metronun "Nizami" stansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında inşa ediləcək".

Xatırladaq ki, bu gün Bakı metropoliteninin "Bənövşəyi" xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021