Baş nazir “üsyan etdi“: “Daha neçə milyon insan ölməlidir?“

DÜNYA

25 Sentyabr 2021 | 10:51

413 dəfə oxunub

BMT Baş Assambleyasının boş salonuna müraciət edən baş nazir üsyan bayrağı qaldırıb.

Xia.az xəbər verir ki, Barbadosun Baş naziri Mia Amor Mottley, BMT Zirvəsi həftəsində çıxış edərkən, Baş Məclisin salonundakı az sayda insana "Liderlərin olduğu bir təşkilatda boş salona neçə dəfə müraciət edəcəyik" - deyə etirazlarını bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasının 4-cü günündə, demək olar ki, boş adamların olduğu salonda çıxış edən Mottley, liderlərin bir-birini dinləmədiyi bir yerdə boş salona danışmağın mənasız olduğunu açıqlayıb.

“Səsini eşitdirə bilməyən liderlər daha neçə dəfə bura gəlməlidir? Səslərimiz eşidilməli və sözlərimizin dəyəri olmalıdır"- deyə Baş nazir kürsüdən bütün salonu qınayıb.

COVID-19 epidemiyasına və ÜST tərəfindən peyvənd paylanmasında olan ədalətsizliyə toxunan Baş nazir bildirib ki, 1.7 milyarddan çox peyvəndin ədalətli paylanılması üçün daha neçə milyon insanın ölməsinə ehtiyac var?

"İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün neçə ada əyalətinin su altında qalması lazımdır. İnsanları Aya göndərə və kişi keçəlliyinə bir həll tapa bilsək, insanların yemək qabiliyyəti kimi sadə problemləri də həll edə bilərik".

Son olaraq Barbadosun Baş naziri qeyd edib ki, dünya nə ilə oynamamaq lazım olduğunu bilir:

"Bu alovu idarə edə bilməsək, hamımızı yandırar."



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021