Baxıram hərənin öz gileyi var...

MƏDƏNİYYƏT-ŞOU

13 Sentyabr 2021 | 12:05

338 dəfə oxunub

Baxıram hərənin öz gileyi var 
Hərə öz dilində tale qarğayır.
Dərdlər, problemlər tikana dönüb
Dəydikcə canımız bir cür ağrıyır.

Ömür nə qədərdir uzağı yetmiş
Çırpına-çırpına yaşamaq adət.
Səadət gəzirik ömür boyunca
Daha düşünmürük bizik səadət.

Həyatın ən gözəl mənası budur
Hər gün bir tapmaca çözəsən gərək.
Şam kimi əriyən ömrün oduna
Gözün görə-görə dözəsən gərək

Bir gülün qədrini bilə bilməzsən
Dünya başdan-başa çəməmzar olsa.
Yaşaya bilməzsən bir ömür boyu
Həyat səni sıxsa, yerin dar olsa.

Həyatın gəliri çıxarı bəlli
Sevinc ötəridir, qəm ötəridir
Hər iki cahanda zərdən, zibadan
Ən üstün olanı alın təridir.
Atlaz Rzayi



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021