Bolqarıstanlı deputatlar azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar

SİYASƏT

12 Oktyabr 2021 | 10:22

771 dəfə oxunub

Bu günlərdə Milli Məclisə Bolqarıstan Respublikası Xalq Məclisinin Azərbaycanla Dostluq Qrupunun sədri Həmid Həmidin imzası ilə məktub daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyevin adına ünvanlanmış məktubdaazərbaycanlı deputatlaraAzərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin ildönümü münasibəti ilə səmimi təbriklər çatdırılır, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisinə dəyən zərərin tezliklə aradan qaldırılması, regionda sülhün və əmin-amanlığın bərqərar olmasıarzusu ifadə olunur.

Təbrik məktubundaişğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma işlərinin qısa zamanda başa çatması, bu yerlərdən didərgin düşmüş insanların öz doğma yurd-yuvalarına geri qayıtması istəyi əks olunub.

 

 



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021