Çayxanaya gedən COVID-19 xəstəsi barədə cinayət işi başlandı

HADİSƏ

13 Sentyabr 2021 | 15:55

167 dəfə oxunub

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Xia.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Nahid Bayramovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Goranboy RPŞ əməkdaşları tərəfindən onun rayon ərazisindəki çayxanalardan birində olması aşkar edilib. O, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.

Fakla bağlı Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021