Dibala “Yuventus”la yeni müqavilə imzalamağa razılaşdı

İDMAN

24 Sentyabr 2021 | 14:53

464 dəfə oxunub

“Yuventus” hücumçusu Paulo Dibala ilə danışıqları yekunlaşdırıb.

Xia.az xəbər verir ki, tərəflər, nəhayət ki, yeni müqavilədə ortaq məxrəcə gəliblər.

Uzun sürən danışıqların yekununda əməkdaşlığın uzadılması barədə anlaşma əldə edilib. İtaliya mətbuatı argentinalı ön xətt oyunçusunun bu gün və ya sabah 2025-ci ilin yayına qədər nəzərdə tutulan yeni sazişə qol çəkəcəyini iddia edib.

Qeyd edək ki, hazırkı müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı forvard bu mövsüm 5 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021