“Dini təhlükəsizliyimiz gücləndirilməlidir” - Deputatdan çağırış

12 Oktyabr 2021 | 11:34

890 dəfə oxunub

Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugün keçirilən plenar iclasında dini məsələlərə toxunub.

Xia.az xəbər verir ki, deputatın sözlərinə görə, Azərbaycanın şanlı qələbəsi bəzilərini narahat edir:

"Azərbaycan güclü dövlətdir və heç kim bizi haqq yolundan çəkindirə bilməz. Ancaq burada din amilindən istifadə edilir”.

Onun sözlərinə görə, bəzi dairələr Azərbaycanın dövlət adamlarını sionizmin xidmətçiləri kimi təqdim edirlər:

“Hesab edirəm ki, dini təhlükəsizliyimizi gücləndirməli, dini konsepsiyanın qəbul edilməsidir. Bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Ona görə daha ayıq olmalıyıq"



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021