Ərdoğan Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib

SİYASƏT

15 Sentyabr 2021 | 17:21

379 dəfə oxunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə tviterdə paylaşım edib.

Xia.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram".



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021