Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

İDMAN

14 Sentyabr 2021 | 09:04

269 dəfə oxunub

Heerenveen” (Hollandiya) klubunda oynayan isveç futbolçu Rami Kaib yerkökü yeyərkən çənəsini sındırıb. Bu səbəbdən gənc futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.

Məlumata görə, Kaib bir müddət əvvəl oynayarkən çənəsindən ağır zərbə alıb. Buna baxmayaraq o, məşqlərə və əlbəttə ki, yemək yeməyə davam edib. Nahar fasiləsi zamanı yerkökü yeyərkən isə tərəvəz gözlədiyindən bərk olub və çənəsini qırıb.

Qeyd edək ki, Rami Kaib bu mövsüm komandanın ilk iki matçına qatılıb.

Onun yenidən komandaya qayıdacağı dəqiq tarix hələ açıqlanmayıb.

 

Mənbə: “Voetbalzone”



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021