Həbib Nurməhəmmədov azərbaycanlı idmançını təbrik etdi - FOTO

İDMAN

18 Sentyabr 2021 | 15:58

439 dəfə oxunub

Həbib Nurməhəmmədov azərbaycanlı MMA idmançısı Nəriman Abbasovu təbrik edib.

Xia.az-ın xəbərinə görə, o, yeznəsi Şamil Zavurovu dünən nokauta salan Nərimana nə vaxt lazım olsa, kömək edə biləcəyini bildirib:

“Nəriman Abbasovu səmimi qəlbdən təbrik edirəm, bu, idmandır və ən başlıcası hörmətdir. Sənə uğurlar arzulayıram, qardaş. Sən və komandanda olanlar çox layiqli insanlarsınız. Mənim köməyimə ehtiyacınız olarsa, hər zaman sizə kömək etməkdən məmnun olaram. Allah sizi qorusun”.

Qeyd edək ki, dünən Nəriman Abbasov karyerasının sonuncu döyüşünü keçirən Şamil Zavurovu elə birinci raundda nokauta salaraq kəmərə sahib çıxıb.



SON XƏBƏRLƏR

24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021