Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

CƏMİYYƏT

23 Sentyabr 2021 | 16:31

500 dəfə oxunub

Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 477 587 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib, aktiv xəstə sayı 27 140 nəfərdir.

Ölkədə son sutka ərzində 12 331, hazırkı dövrədək isə 4 790 724 test aparılıb.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021