Koronavirus xəstəsi evdən çıxıb başqa kəndə getdi

DÜNYA

14 Sentyabr 2021 | 09:59

493 dəfə oxunub

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xia.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qara Nuru kənd sakini Fərman Məmmədova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

F.Məmmədov rayonun Sarıcalar kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində Saatlı RPS-də araşdırmalar aparılır.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021