Koronavirus xəstəsi metroda saxlanıldı

CƏMİYYƏT

14 Oktyabr 2021 | 19:21

402 dəfə oxunub

Bakı metrosunun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə xia.az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: "Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. B.Muxtarov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam davam etdirilir".



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021