Koronavirusun simptomları dəyişib – İddia

CƏMİYYƏT

24 Sentyabr 2021 | 14:10

403 dəfə oxunub

Təxminən 2 il əvvəl Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə demək olar ki, bütün dünyaya yayılan Covid 19-un yeni simptomları aşkarlanıb.

Xia.az xəbər verir ki, bu barədə "Zoe Covid Simptomları" adlı araşdırma aparan professor Tim Spektor məlumat verib.

Professor qonağı olduğu bir televiziya proqramında koronavirus simptomlarının, variantların və peyvəndin tətbiqindən sonra hər şeyin dəyişdiyini vurğulayıb. O bildirib:

“Yüksək hərarət, davamlı öskürək, dad və qoxu itkisi Böyük Britaniya Səhiyyə Nazirliyinin ən çox yayılmış COVID-19 simptomları siyahısının başındadır. Bu simptomlar indi çox nadirdir.

Hazırda ən çox müşahidə olunan hallar burun axması və ya tıxanması, boğaz ağrısı, aşağı dərəcəli hərarət, halsızlıq, yüngül bədən ağrıları və ya yüngül baş ağrısı, asqırma, yüngül nəfəs almaqda çətinlik və öskürəkdir.

Digər tərəfdən virus və qripin eyni vaxtda meydana gəlməsi də mümkündür. Bu hala “Twindemic” adı verilib. Elmi dünyanın son zamanlardakı ən böyük qorxularından biridir”.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021