Latviya ordusu Riqada təlim keçdi, əhali təşvişə düşdü - Video

DÜNYA

13 Sentyabr 2021 | 16:12

478 dəfə oxunub

Latviya ordusu paytaxt Riqada “Namejs-2021” adlı hərbi təlim həyata keçirib.

Xia.az xarici KİV-ə istinadən xəbər verir ki, tam təchizatlı əsgərlər şəhər küçələrində silahlarla təlim keçirib. Əsgərlər təlim zamanı boş patronlarla havaya atəş açıblar.

Lakin məsələ burasındadır ki, şəhər sakinlərinin təlimdən heç bir xəbəri olmayıb və gözlənilmədən silahlı əsgərləri görən sakinlər təşvişə düşüb. Atəş səsləri və silahlı ordu əhali arasında qorxuya səbəb olub.

Sözügedən bu təlimlər sosial şəbəkələrdə kəskin şəkildə qınanılıb. Bunun ardınca isə ölkənin Müdafiə Nazirliyi insidentlə bağlı açıqlama yayıb:

“Bu cür təlimlər zamanı səs çıxaran, lakin təhlükəli olmayan mərmilərdən istifadə edirik. Lakin bu vəziyyət səhv başa düşüldü. Bu səbəbdən üzr istəyirik, amma xalqımızı da təlimlərə anlayış göstərməyə çağırırıq”.

 

 

 


  



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021