Livanda matəm günü elan olundu

DÜNYA

14 Oktyabr 2021 | 21:58

340 dəfə oxunub

Livanın baş naziri Nəcib Mikati Beyrutdakı atışmalarda ölənlərin xatirəsinə 15 oktyabr tarixini matəm günü elan edib.

Xia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan hökumətinin dəftərxanası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “15 oktyabr cümə günü bugünkü hadisələrin qurbanları üçün ümumi matəm günü elan ediləcək”.

Matəm günündə bütün dövlət qurumları, dövlət və özəl məktəblər bağlanacaq.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021