Moskvada dini liderlər birgə bəyanat yaydı

SİYASƏT

13 Oktyabr 2021 | 15:00

200 dəfə oxunub

Azərbaycan və Ermənistan xalqları arasında bugünkü və gələcək nəsillərin rifahı naminə sülhün bərqərar olmasına dini liderlər dəstək verməyə hazırdır.

Xia.az xəbər verir ki, bu barədə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva şəhərindəki görüşü başa çatdıqdan sonra Moskva və Rusiya patriarxı Kiril tərəfindən səsləndirilən bəyanatda bildirilir.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayışdan başqa gələcək yoxdur. Bu gün insanlar arasında etimadı bərpa etmək daha mühümdür”, – bəyanatda qeyd olunur.

Rusiya dini lideri həmçinin deyib ki, bizim üçün qardaş olan iki xalqın dini icmalarını və sakinlərini narahat edən bu mürəkkəb problemləri müzakirə etmək üçün üz-üzə gəlməyə hazır olduqlarına görə Azərbaycan və Ermənistan dini liderlərinə təşəkkür edirəm.

“Dinin nadir sülhpərvər imkanlarına malik olmasına şübhə etmirik. Azərbaycanla Ermənistan arasında münasibətlər bu gün nə qədər çətin olsa da, əminik ki, məhz Tanrıya inanc və sevgi uzun illərdir davam edən faciəli qarşıdurmanın açdığı yaralara şəfa tapmağa kömək ola bilər. Dini liderlər dinlər və xalqlar arasında mehriban qonşuluq ab-havası yaratmaq və onu qorumaq üçün öz nüfuzundan istifadə etməlidirlər”, – patriarx Kiril əlavə edib.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021