Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Açıqlama + Video

CƏMİYYƏT

25 Sentyabr 2021 | 10:05

360 dəfə oxunub

Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Xia.az-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər: “Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev əlavə edib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil: “Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

 

 


  



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021