Prezident sarayına hücum - "Taliban"ın lideri öldürülüb?

DÜNYA

14 Sentyabr 2021 | 16:34

136 dəfə oxunub

Əfqanıstanda idarəçiliyi ələ keçirən "Taliban" rejiminin daxilində parçalanma yaşanır.

Xia.az xəbər verir ki, hakimiyyət uğrunda mübarizə artıq silahlı toqquşmaya keçib. 
Belə ki, bir neçə gün öncə "Taliban" liderlərindən Molla Abdul Qəni Bəradərin tərəfdarları ilə "Haqqani" qruplaşması arasında atışma baş verdiyi, nəticədə Bəradərin öldürüldüyü iddia edilib.

Mövcud hökumətin tərkibi ilə razılaşmayan "Haqqani"lər Prezident sarayına hücum ediblər. 

"Taliban" isə deyilənlərin yalan olduğunu, Molla Abdul Qəni Bəradərin hazırda Qəndahar şəhərində olduğunu açıqlayıb. Bunu sübut etmək üçün isə 15 dəqiqəlik səs yazısı təqdim edilib.
Lakin dünya mediası həqiqətən də Bəradərin "yoxa çıxdığını" nəzərə çatdırıb. 



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021