Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib

SİYASƏT

12 Oktyabr 2021 | 11:41

685 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib.

Nazir Murat Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında təbiətə böyük ziyan vurması, meşələri kütləvi sürətdə qırması, çayları çirkləndirməsi barədə danışılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021