Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

HADİSƏ

24 Sentyabr 2021 | 11:19

1021 dəfə oxunub

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayonun Nic qəsəbəsində Habil Əzizova məxsus evin həyətində keçirilən toy mərasimində 180 nəfərə yaxın qonağın iştirak etdiyi, eləcə də onlardan 15-nin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi H.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimələnib.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021