“Qızıl buts” mükafatı Levandovskiyə təqdim edildi – FOTO

İDMAN

21 Sentyabr 2021 | 18:26

492 dəfə oxunub

Polşa yığması və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovskiyə “Qızıl buts” mükafatı təqdim edilib.

Bu barədə Münhen klubundan məlumat verilib.

Futbolçu ötən mövsüm Bundesliqada keçirdiyi 29 matçda 42 qola imza atıb.

Forvard bu uğura komandası ilə birlikdə nail olduğunu bildirib.

Qeyd edək ki, Levandovski 2014-cü ildən etibarən “Bavariya”nın şərəfini qoruyur.

 

 



SON XƏBƏRLƏR

24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021